Xəzər Xəbər

Oğrular həkimin evini hədəfə alıb, pul və qızıl aparıblar VİDEO

Veb TV | 20:55 • 15 Avqust 2018
Oğrular həkimin evini hədəfə alıb, pul və qızıl aparıblar

Tovuzda oğrular həkimin evinə giriblər. Onlar evdəki seyfdən 6 min dollar , 700 azn və 15 min manat dəyərindəki qızıl zinət əşyası aparıblar. Salyanda isə keçmiş məhkum qohumunun evindən oğurluq edib.

Oğrular həkimin evini hədəfə alıb, pul və qızıl aparıblar.

Hadisə Tovuzda olub. Oğrular rayonda həkim işləyən İlham Ələkbərova məxsus mənzildə heç kim olmadığından istifadə edərək pəncərə barmaqlıqlarını linglə sındırıblar.

Onlar evdən 6 min dollar pul , 700 azn və 15 min manat dəyərində qızıl zinət əşyası aparıblar. Hadisə ilə bağlı polisə məlumat verilib.

Salyanda isə keçmiş məhkum qohumunun evindən oğurluq edib. Yenikənd kənd sakini Güldəstə Novruzova rayon polis şöbəsinə müraciət edərək evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, qadının qaynı oğlu 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

Ramil Hüseynovun digər oğuqluq əməllərinin olub olmaması araşdırılır.

Xəbər lenti