Xəzər Xəbər

İstismarda olmayan avtomobilin sürücüsünə cərimə yazılıb VİDEO

Veb TV | 21:43 • 10 May 2024
İstismarda olmayan avtomobilin sürücüsünə cərimə yazılıb

Bir ildir ki, Cəlilabadda həyətdən çıxmayan avtomobilə Bakıda radar cəriməsi yazılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad rayon sakini Hidayət Şahverənovun başına gəlib.
Sürücü deyir ki, nasaz olduğu üçün bir ilə yaxındır ki, avtomobili kənddə həyətdə saxlayıb. Ona təəccüblü gələn odur ki, istismarda olmayan maşın radara necə düşüb?
Sürücü bildirir ki, etmədiyi qayda pozuntusuna görə  onun adına 32 manat cərimə yazılıb. Vaxtında ödənilmədiyi üçün məbləğ artaraq 50 manat olub.
Məsələ ilə bağlı Baş DYP İdarəsindən bildirildi ki, cərimə texniki xəta səbəbindən qərarlaşdırılıb.
İndi vətəndaş avtomobili rahat idarə edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti