Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır VİDEO

Veb TV | 20:53 • 15 Avqust 2018
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva sənəd qəbulu üçün nəzərdə tutulan vaxtı açıqlayıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə aparılacaq

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər bu il oktyabrın 1-də başlayıb, gələn il mayın 31-də başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar