Xəzər Xəbər

Qızıl və gümüş medal alan məzunlar VİDEO

Veb TV | 20:55 • 15 Avqust 2018
Qızıl və gümüş medal alan məzunlar

Məktəbi qızıl və gümüş medalla bitirən məzunların sayı məlum olub. Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən 185 məzun qızıl, 38-i isə gümüş medala layiq görülüb.

Ümumi təhsili xüsusi nailiyyətlə başa vuran məzunlar qızıl və gümüş medalla təltif edilib.

Bununla bağlı Təhsil Naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təhsil Nazirliyinin əməkdaşı Gülarə Xüdiyeva qızıl və gümüş medala layiq görülən şagirdlərin ümumi nəticələri barədə məlumat verib.

Qızıl medal almaq üçün şagirdin tək orta məktəbi əla qiymətlərlə bitirməsi kifayət deyil. Gülarə Xüdiyeva deyir ki, respublika üzrə məktəbi əla qiymətlə bitirən minlərlə şagird var. Amma onların hamısı heç də mükafatlandırılmır. Qızılvə gümüşlə təltif edilən şagirdlər həm məktəbin ictimai həyatında fəal iştrak edib, həm də respublika üzrə müxtəlif fən olimpiyadasında qalib olmalıdır. Yəni bu göstəricilər məzunların təltif edilməsində böyük rol oynayır.

Qeyd edək ki, qızıl və gümüş medalla təltif edilən şagirdlərin xüsusi bir imtiyazı yoxdur. Nəzəra alsaq ki, artıq qəbul imtahanı yekunlaşıb və təltif edilən məzunların çoxu 600-dən yuxarı, 5 nəfər isə 700 bal toplayıb. Amma onlar qızıl və gümüş medal qazanandıqları barədə bu gün xəbər tutublar.

SİNX-GÜLARƏ XUDİYEVA/ TƏHSİL NAZİRLİYİNİN ƏMƏKDAŞI: ''RESPUBLİKA ÜZRƏ ON MİNLƏRLƏ MƏZUNUN ARASINDAN 185 NƏFƏRİN İÇİNƏ DÜŞMƏK TƏBİİ Kİ BU ÖZÜ BİR FXİRDİ.BU ŞAGİRDİN GƏLƏCƏK HƏYATINA BİR STİMULDUR. ÖMÜR BOYU FƏXR EDİR''.

Onu da qeyd edək ki, qızılla təltif edilən 185 şagirddən 40-ı Bakı məktəblərinin məzunlarıdır. Onlarınadları oxuduqları məktəbin "Şərəf kitabı"na da yazılacaq. Növbəti həftə içi bütün şagirdlər oxuduqları məktəbdə müəllim kollektivi qarşısında təltif ediləcək.

ESS.

Müsahibimiz Nuray Ağayeva da qızıl medal qazanan məzunlardandır. O, Xətai rayon Humanitar Fənlər Təmayüllü məktəb-liseyin məzunudur. Bu il ali məktəbə qəbul imtahanında 672 bal toplayan Nuray gələcəkdə tarixçi olmaq istəyir. O, da mükafata layiq görülməsi bardə günün ikinci yarısında xəbər tutduğunudeyir.

Qeyd edək ki, ümumi təhsili xüsusi nailiyyətlə başa vuran məzunlara qızıl və gümüş medalın layiq görülməsi 2010-cu ildən Nazirlər Kobinetinin qərarı ilə verilir.

Xəbər lenti