Xəzər Xəbər

Bakıda bayram yarmarkalarında SON VƏZİYYƏT NECƏDİR? - VİDEO

Veb TV | 20:56 • 21 Mart 2018
Bakıda bayram yarmarkalarında

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurulan bayram çadırlarında satışa çıxarılan müxtəlif növ məhsulların çox hissəsi artıq satılıb. Satıcılar qalan məhsulları tez satılsın deyə qiymətləri endiriblər. Yarmarkada son vəziyyətlə bağlı sujeti təqdim edirik.

Çərəzlər, şirniyyatlar, meyvələr və müxtəlif hədiyyələr. Görüntülər metrostansiyaların qarşısında fəaliyyət göstərən bayram yarmarkalarındandır.

Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamenti tərəfindən Novruz bayramı ilə əlaqədar metronun 28 may stansiyasının qarşısında qurulan bu yarmarkada hər növ məhsul tapmaq mümkündür. Satıcıların sözlərinə görə, məhsulların qalan hissəsi tez satılsın deyə alıcılara daha ucuz qiymətə təklif edirlər.

Satıcılar bildirir ki, gətirdikləri məhsulların çox hissəsi artıq satılıb.

Alıcılar arasında yerli vətəndaşlarla yanaşı İrandan gələn turistlərdə çoxluq təşkil edir.

Qeyd edək ki, bayram çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında da qurulub. Bayram yarmarkaları martın 25-ə kimi fəaliyyət göstərəcək.

Xəbər lenti