Xəzər Xəbər

Güclü külək Bərdədə fəsadlar törətdi VİDEO

Veb TV | 20:55 • 21 Mart 2018
Güclü külək Bərdədə fəsadlar törətdi

Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Rayonun kənd və qəsəbələrində evlərə və avtomobillərə ciddi ziyan dəyib.

Elektrik dirəkləri aşıb, fərdi yaşayış evləri və binaların dam örtükləri dağılıb, avtomobillərə ziyan dəyib. Bərdə rayonunda əsən güclü külək dağıntılara səbəb olub.

Rayonun bir necə kəndində fərdi yaşayış evlərinin, həmçinin şəhərin Nizami küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının dam örtüklərini külək atıb.

Bir necə dəqqiqə davam edən güclü külək elektrik naqillərinə də ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb, xəttlər isə qırılıb. Nəticədə rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

İrigövdəli ağaclar və ağacların budaqları küləyin təsirindən qırılıb. Minik avtomobillərində ziyan dəyib.

Bərdə Rayon Mənzil İstismar İdarəsindən bildirilib ki, dağıntılarna bağlı araşdırma aparılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılıcaq.


Xəbər lenti

Çox oxunanlar