Xəzər Xəbər

5 kiloqramdan çox narkotiki satarkən tutuldu - VİDEO

Veb TV | 19:04 • 11 Dekabr 2017
5 kiloqramdan çox narkotiki satarkən tutuldu -

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib. Nəticədə bir nəfər saxlanılıb.

Xezerxeber.az məlumat verir ki, 5 kiloqramdan çox narkotik madəni satmaq istəyən şəxs saxlanılıb.

Əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi Yevlaxda, əvvəllər məhkum olunan Nəsimi Babayevi saxlayıb. Onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl satmaq niyyəti ilə əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024