Xəzər Xəbər

Türkiyədə azərbaycanlı qadının çantasını uşaq arabasından oğurlayıb qaçdılar - VİDEO

Veb TV | 16:46 • 11 Dekabr 2017
Türkiyədə azərbaycanlı qadının çantasını uşaq arabasından oğurlayıb qaçdılar -

Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadın (M.P) qarət edilib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ünvan soruşmaq üçün yaxınlaşan 1 uşaq və 3 qadın uşaq arabasında olan çantanı oğurlayıb.

Təhlükəsizlik kameralarına düşən hadisə ilə bağlı polis araşdırmaya başlayıb və qısa zamanda oğurluq edən şəxslər saxlanılıblar.

Məlumata görə, hadisə dekabrın 7-də axşam saatlarında Aksaray tramvay dayanacağında baş verib. Oğurluq edən şəxslər Laləli bazarından alış-veriş etdikdən sonra uşağı ilə birlikdə evinə qayıdan M.P-ya ünvan soruşmaq bəhanəsilə yaxınlaşıblar. Qadınlardan biri ünvanı soruşarkən digər iki qadın uşaqla bərabər arabanın alt tərəfində olan çantanı götürüb uzaqlaşıblar. Zərərçəkmiş bundan bir qədər sonra xəbər tutub və bu barədə polisə müraciət edib.

Polisin araşdırması nəticəsində 26 yaşlı A.T, 24 yaşlı G.Ş, Y.T və yaşı 18-dən aşağı olan B.T-ni taksiyə minərkən saxlayıblar.

Şübhəlilər polis şöbəsinə gətirilib və faktla bağlı araşdırma aparılır.


Xəbər lenti