Xəzər Xəbər

Prezident ailəsi ilə “Bakutel-2017” sərgisində VİDEO

Veb TV | 20:56 • 6 Dekabr 2017
Prezident ailəsi ilə “Bakutel-2017” sərgisində

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyalari Sərgisi - "Bakutel-2017" ilə tanış olublar. Dövlət başçısına sərgi haqqında ətraflı məlumat verilib

Prezidentə bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Dövlət başçısı ilk növbədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurum və müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdikləri layihələr ilə tanış olub.

Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar "Elektron imza" sertifikati ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən "Elektron imza"ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan "Elektron Hökumət" portalıdir. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər.

"Baktelecom" və "Aztelekom"un stendində dövlət başçısına bildirilib ki, müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. "İctimai Internet" layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub.

Daha sonra dövlət başçısına Regional Data Mərkəzin texniki imkanlari vasitəsilə "bulud" əsaslı xidmətləri barədə məlumat verilib.

Yeni yaradilan xidmət mərkəzlərindən biri də "Şəbəkə"dir. Hazirda respublika üzrə 5 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir.

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamani Prezident Ilham Əliyev və birinci xanim Mehriban Əliyevaya məlumat verilib ki, 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos "Azərspace-1" peyki vasitəsilə öz müştərilərinə yüksək etibarli peyk əsasli teleradio yayımı, səs, video məlumatlarinin ötürülməsi və digər xidmətləri təqdim edir.

Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçilar tərəfindən hazirlanan məhsullar nümayiş olunur. "Made in Azerbaijan" brendi altında Informasiya Texnologiyalarının Inkişafi Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkınının Inkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır.

Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Bu metodika nəticəsində qisa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nəticələrə nail olmaq mümkündür.

Sərgidəki "Oyun zonası"nda yerli "startap"lar - "Pazl xalça" və "Yüksəklik" oyunları təqdim edilib. "Pazl xalça" oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlərinin öyrənilməsini təbliğ edəcək. "Yüksəklik" adlı oyun isə düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlayanlar 2016-ci il aprel ayinda cəbhə xəttində Milli Ordumuzun qəhrəmanliqla işgaldan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlaniblar. Dövlət başçısı daha sonra müxtəlfi ölkələrin şirkətlərinin stendləri ilə tanış olub.

Xəbər lenti