Xəzər Xəbər

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir VİDEO

Veb TV | 20:54 • 6 Dekabr 2017
Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir

Azərbaycan əhalisinin böyük əksəriyyəti hökümətə etibar edir. Avropa İttifaqının sifarişi ilə aparılan araşdırma və sorğunun nəticələri bunu deməyə əsas verir. Bu sahə üzrə ixtisaslaşan mərkəz eyni zamanada ölkədəki iqtisadi vəziyyəti də təhlil edib və növbəti il üçün proqnozlarını açıqlayıb.

Azərbaycan əhalisinin 81 faizi Azərbaycan hökümətinə etibar edir. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə keçirilən sorğunun nəticələri bunu göstərir. qeyd edək sorğu və analitik təhlili İNG maliyyə holdinqi həyata keçirib. Qeyd etmək lazımdır ki, Niderlandda fəaliyyət göstərən, bu holdinq araşdırmalarının obyektivliyinə kölgə salmamaq üçün sorğu və təhlillərində dövlətlə əməkdaşlıq etmir. Elə Azərbaycanda da sorğunu İNG maliyyə holdinginin tərfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb. Araşdırmada əhalinin digər siyasi institutlara münasibəti də öz əksini tapıb. Nəticələrə görə əhalinin 65 faizi hesab edir ki, milli məclis ona göstərilən etimadı doğruldur. Siyasi partiyalar üçün isə bu rəqəm 45 faizə bərabərdir.

Məruzədə bildirilir ki, vətəndaşların 80 faiziəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə nikbin baxanlar isə 83 faiz təşkil edir.

Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyəti də geniş təhlil olunub. Təhilillər göstərir ki, Azərbaycan üçün hər hansı bir iqtisadi risk gözlənilmir. Belə ki, 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Maliyyə bazarına gəldikdə isə milli valyutanın daha da möhkəmlənəcəyi gözlənilir. Belə ki proqnozlara əsasən hazırda manatın dollara nisbətdə 1 manat 70 qəpik olan məznnə 2018-ci ildə hətta 1 manat 60 qəpikdən də aşağı düşə bilər. Proqnozlara əsasən 1 dollar 59 qəpik təşkil edəcək. Neftin qiymətinin isə 51 dollardan aşağı düşəcəyi gözlənilmir. İqtisadi islahatlar və komunukasiya mərkəzinin əməkdaşı Ramil Hüseyn deyir ki, bu araşdırmanın nəticələri növbəti ilin büdcə proqnozları ilə uyğundur. Beynənxalq araşdırmalar da göstərir ki Azərbaycanın dövlət büdcəsi praqmatik yanaşma ilə hazırlanıb.

Araşdırmada qeyd olunur ki, növbəti dövrdə daxili tələbat daha da sabitləşəcək. Bu əsasən kəndə təssərrüfatı və qeyri neft sektorundakı artım hesabına baş verəcək. Bu iqtisadi dinamika əmək haqlarının artırılmasında da özünü göstərəcək.


Xəbər lenti

Çox oxunanlar