Xəzər Xəbər

Tovuzda ana və oğul pomidor turşusundan zəhərləndi VİDEO

Veb TV | 20:44 • 6 Dekabr 2017
Tovuzda ana və oğul pomidor turşusundan zəhərləndi

Tovuzda iki nəfər evdə zəhərlənib.

Hadisə rayonun Vahidli kəndində baş verib.

Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.


Xəbər lenti