Xəzər Xəbər

Azərbaycanda dəhşətli cinayət: Kişi arvadını və iki övladını öldürdü - VİDEO

Veb TV | 20:45 • 9 İyun 2017
Azərbaycanda dəhşətli cinayət:

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. Yerli sakinlərin sözlərinə görə, əvvələr məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törədib. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Kişi ailə üzvlərini qətlə yetirdi. Dəhşətli hadisə bu gün səhər saatlarında Mingəçevirdə Nəsimi küçəsindəki 31 saylı mənzildə baş verib. Şəhər sakini, 57 yaşlı Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı 35 yaşlı Aynurə Hüseynovanı və iki azyaşlı övladı-8 yaşlı Hüseyn Hüseynovu və 5 yaşlı Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Qonşuları bildiriblər ki, Lazım Hüseynovun Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var.Onun zəhmətkeş, ailəcanlı insan olduğunu deyən qonşular Lazımın uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər.

Aynurə Hüseynovanın qohumları qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynovun hadisəni qısqanclıq zəminində törətdiyini deyiblər.

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmala davam etdirilir.



Xəbər lenti