Xəzər Xəbər

Qadağan olunmuş çimərliklərə üz tutanlar: Siz hər an xəstəliyə yoluxa bilərsiniz - VİDEO

Veb TV | 20:48 • 9 İyun 2017
Qadağan olunmuş çimərliklərə üz tutanlar:

Maraqlıdır, elan edirsən ki, filan çimərliyə getməyin, ora ciddi xəstəlik mənbəyidir. Ancaq bu xəbərdarlığa məhəl qoyulmur və insanlar həmin çimərliklərə axın edirlər. Üstəlik, havalar tam isinməmiş bu çimərliklərə üz tutanlar var. Əməkdaşlarımız belə çimərliklərin birində olublar.

Mövsümün başlamasına hələ 1 həftə vaxt qalsa da, çimərliklərdə kifayət qədər insan var. Üstəlik, bu çimərliklərdə çimmək gigiyenik tələblərə cavab verməməsi səbəbindən qadağan edilib.

Maraqlıdır ki, çimməyə gələnlərin əksəriyyəti bu çimərliklərin xəstəlik mənbəyi olduğunu bilirlər. Ancaq yenə də həmin çimərliklərdən istifadə edirlər.

Aparılan son təhlillər zamanı çəkiliş etdiyimiz Şıx çimərliyi ilə yanaşı, Sumqayıt və Sahil qəsəbəsindəki çimərliklərdə də bağırsaq çöpü bakteriyalarının normadan çox olduğu aşkarlanıb və bu çimərliklərdən istifadə etməmək tövsiyə olunub. Bununla bağlı hətta çimərliklərdə xəbərdaredici lövhələr də vurulub.


Xəbər lenti

Çox oxunanlar