Xəzər Xəbər

TƏHLÜKƏ SELFİ: Kadrlar 204 nömrəli marşrutda çəkilib - VİDEO

Veb TV | 20:52 • 9 İyun 2017
TƏHLÜKƏ SELFİ:

Sərnişin çoxdur, avtobus da kiçikdir. Buna görə də sərnişinlər hətta avtobusun qapısından sallaşaraq gedirlər ki, mənzil başına vaxtında çatsınlər.

Görüntülər Bakıda metronun "Koroğlu" stansiyası ilə Ramanı kəndi arasında işləyən 204 nömrəli marşrutdakı bir avtobusda sərnişinlərdən biri tərəfindən çəkilib.

Sərnişinlər deyir ki, xüsusilə də günün pik saatlarında bu marşrutda hərəkət edən avtobuslarda belə mənzərə normal hala çevrilib. Bu isə hər hansı bir faciəvi hadisəyə şərait yaradır.



Xəbər lenti