Xəzər Xəbər

Arvadının çantasından gizlicə açar çıxardı: 12 min manatlıq qızılı necə götürdü? - VİDEO

Veb TV | 20:47 • 9 İyun 2017
Arvadının çantasından gizlicə açar çıxardı:

Bakıda kişi baldızının evindən oğurluq edib. Qadın evinin açarlarını bacısına verərək Türkiyəyə gedib. Qayıdanda görüb ki, evindən xeyli qızıl zinət əşyaları oğurlanıb. Hadisəni törədən isə bacısının həyat yoldaşı olub. Saatlıda da oğurluq hadisəsi olub. Orda isə ərzaq mağazası yarılıb.

Kişi baldızının evini qarət edib.

Hadisə paytaxtın Nizami rayonunda baş verib. İnqa Seyidova ərazi üzrə 25-ci polis bölməsinə məlumat verib ki, Türkiyəyə getdiyi müddətdə evindən 12 min manat dəyərində qızılları oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi zərərçəkmişin bacısının həyat yoldaşı, Qusar sakini Sadil Allahverdiyevi saxlayıb. Məlum olub ki, hadisədən əvvəl ev sahibi mənzilin açarlarını bacısına etibar edərək Türkiyəyə gedib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saatlı rayonu Sarıcalar kəndi ərazisində də oğurluq hadisəsi olub. Kənd sakini Salman Eynullayev polisə ona məxsus mağazadan ərzaq məhsullarının oğurlanması barədə məlumat verib.

Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Zahid Tarverdiyev saxlanılıb. Məlum olub ki, o, mağazaya pəncərədən daxil olaraq 208 manat dəyərində ərzaq məhsulları oğurlayaraq qaçıb. Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar