Xəzər Xəbər

Nazir müavini: Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 35,2 Mbps-dir

Texnologiya | 11:50 • 7 Mart 2024
Nazir müavini: Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 35,2 Mbps-dir

Azərbaycanda 150-dan çox internet operatoru və provayderinin 1,9 milyona yaxın sabit genişzolaqlı internet abunəçisi vardır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.

Onun sözlərinə görə, təxminən 70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir.

“Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 35,2 Mbps təşkil edir. Bu göstərici ötən illərə görə xeyli yüksəkdir. Hazırda ölkə əhalisinin 88,1 faizi internetdan istifadə edir. Ümumilikdə isə ölkə ərazisində 3G və 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 100 faizə yaxındır. Hazırda ölkəmizdə aktiv mobil internet abunəçilərinin sayı 8,8 milyon nəfərdən çoxdur”, - deyə Samir Məmmədov vurğulayıb.

Nazir müavini əlavə edib ki, əhalinin hər 100 nəfərinə düşən aktiv mobil internet abunəçilərinin sayı 86 nəfər təşkil edir.

Xəbər lenti