Xəzər Xəbər

“X” televizorlar üçün “YouTube”un analoqunu işə salacaq

Texnologiya | 09:40 • 10 Mart 2024
“X” televizorlar üçün “YouTube”un analoqunu işə salacaq

İlon Maska məxsus “X” sosial şəbəkəsi “YouTube”la rəqabət aparmaq üçün “Smart TV”ni dəstəkləyən “Amazon” və “Samsung” televizorları üçün proqram təqdim edəcək.

Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış “YouTube” tətbiqi ilə eyni olacaq.

Beləliklə, ABŞ-li milyarder “X” istifadəçilərini böyük ekranda uzun videolara baxmağa dəvət və sosial şəbəkəyə reklam verənləri və influenserləri cəlb etmək istəyir.
Mənbə: TASS

Xəbər lenti

Çox oxunanlar