Xəzər Xəbər

Tovuzda qəbiristanlıqdan oğurluq edilib

Region | 14:46 • 24 Mart 2021
Tovuzda qəbiristanlıqdan oğurluq edilib

Tovuzda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar