Xəzər Xəbər

Hacıqabulda qanunsuz tüfəng gəzdirən şəxs saxlanılıb

Region | 10:25 • 24 Mart 2021
Hacıqabulda qanunsuz tüfəng gəzdirən şəxs saxlanılıb

Hacıqabul sakinindən odlu silah götürülüb. 

Xezerxeber.az xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun İkinci Udulu kənd sakini, 1971-ci il təvəllüdlü Yəhyayev Nizami Çöllü oğlundan müvafiq sənədləri olmayan 20 kalibrli “Tula” markalı ov tüfəngi götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Xəbər lenti