Xəzər Xəbər

Oğuzda yaşlı qadın döyülərək pulu əlindən alınıb FOTO

Region | 10:09 • 18 May 2024
Oğuzda yaşlı qadın döyülərək pulu əlindən alınıb

Oğuz rayonunun Qumlaq kəndində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb.

O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar