Xəzər Xəbər

Mütəxəssislərdən xəbərdarlıq: Yeni variantları aşkarlana bilər

Maraqlı | 14:33 • 19 Yanvar 2022
Mütəxəssislərdən xəbərdarlıq: Yeni variantları aşkarlana bilər

COVID-19 virusuna yoluxma artdığı halda virusun yeni mutasiyaları qeydə alına bilər.

Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssisləri apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.

Araşdırmalara görə, COVID-in vaiyantları arasında ən çox yayılan və hazırda epidemiyanı davam etdirən Hindistan-İngiltərə mənşəli delta mutasiyasıdır.

Bununla yanaşı, son aylarda Botsvana mənşəli və Cənubi Afrikada bir alim tərəfindən aşkar edilən və sünbül-ankor adlanan bir ştamın virusun hüceyrə birləşmə bölgəsində çoxlu ümumi mutasiyaya malik olduğu qeydə alınıb. Bu mutant ştam Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “omikron” adı verdiyi variiantdır.

Mütəxəssislərin fikrincə, COVID-19-a səbəb olan sars-cov-2 virusu yayılmağa və insanlara yoluxmağa davam etdikcə, virusun xüsusiyyətlərinə görə qrip virusu kimi yeni ştam variantları və ya mutasiyaları aşkarlana bilər./Teleqraf.com

Xəbər lenti