Xəzər Xəbər

Xəzər dənizindən uzunluğu 3 metr, çəkisi 210 kq olan balıq tutulub FOTO

Maraqlı | 17:09 • 18 Yanvar 2022
Xəzər dənizindən uzunluğu 3 metr, çəkisi 210 kq olan balıq tutulub

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.

Bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.

Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.

“Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb”, - deyə o bildirib.

Xəbər lenti