Xəzər Xəbər

İstanbul “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub

Maraqlı | 13:11 • 11 Mart 2024
İstanbul “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub

“Euromonitor International” tədqiqat şirkətinın hesablamalarına görə, İstanbul 2023-cü ildə “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub.

Xezerxeber.az xəbər verir ki, statistik rəqəmlərə əsasən, ötən il İstanbulu 20 milyon 200 min turist ziyarət edib.

Şirkətin təqdim etdiyi siyahıda 18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə isə Dubay üçüncü yeri tutub. Türkiyənin digər bir turistik şəhəri olan Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdədir. Fransanın paytaxtı Paris ən çox ziyarət edilən beşinci şəhər olub.

Pandemiyadan əvvəl dünyanın ən çox ziyarət edilən şəhəri kimi reytinqin zirvəsində olan Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar