Xəzər Xəbər

ÜST sevindirici xəbəri açıqladı: Hər şey dəyişib

Maraqlı | 12:12 • 15 İyun 2021
ÜST sevindirici xəbəri açıqladı: Hər şey dəyişib

Ardıcıl son 7 həftədir dünya üzrə koronavirusa yoluxma sayında azalma baş verir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb. Məlumata görə, bu göstərici son aylar ərzində pandemiyanın azalmasında ən yaxşı statistikadır. Açıqlamaya görə, bəzi ölkələrdə koronavirusa yoluxma göstərici rekord dərəcədə aşağı düşüb. Bu da peyvəndləmə sayəsində olub.

Bildirilib ki, yaxın vaxtlarda dünya əhalisinin 70 faizinin peyvənd olunması planlaşdırılır. Bunun üçün 11 milyard dozaya ehtiyac var./Metbuat.az 

Xəbər lenti