Xəzər Xəbər

Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!

Maraqlı | 12:36 • 15 İyun 2021
Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!

Koronavirusun yeni mutasiyasının COVID-19-dan fərqli xüsusiyyətlərə malik olduğu açıqlanıb.
 
İngiltərədə aparılan bir araşdırma Delta variantı olaraq bilinən mutasiyanın əvvəllər COVİD-19 xəstələrində müşahidə edilən xüsusiyyətlərdən fərqli simptomlar göstərə biləcəyini ortaya qoyub.

Araşdırmaya rəhbərlik edən professor Tim Spektor, baş ağrısı, boğaz ağrısı və burun axıntısı kimi simptomların Delta variantına yoluxanlar arasında görüldüyünü ifadə edib.

Professor yeni mutasiyaya yoluxan gənclərin xəstəliyi "daha çox şiddətli bir soyuqdəymə kimi" hiss edə biləcəyini söyləyib. Ancaq insanlar özlərini çox xəstə hiss etməsələr belə, virusu yoluxdura bilərlər. Bu səbəbdən belə simptomları göstərənlərdən dərhal COVID-19 testi istənir.
 
Qeyd edək ki, əvvəllər COVID-19 simptomları İngiltərə Səhiyyə Xidməti tərəfindən açıqlanan qaydaya əsasən öskürək, temperaturun qalxması, qoxu və dad itkisi kimi xüsusiyyətlərlə səciyyələndilirdi./Sfera.az 

Xəbər lenti