Xəzər Xəbər

Dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb

Maraqlı | 09:00 • 16 Yanvar 2018
Dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb

Özbəkistanin Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb.


AZƏRTAC xəbər verir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.


Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən "Ozbeqim” Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü.


Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.


Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir.


Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.

Xəbər lenti