Xəzər Xəbər

Xəzərdə 26 kiloqram marixuana TAPILDI

Cəmiyyət | 12:37 • 14 May 2024
Xəzərdə 26 kiloqram marixuana

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları Xəzər dənizinin Azərbaycana mənsub sularında narkotik vasitə aşkar ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycana mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəbər lenti