Xəzər Xəbər

Paşinyan ATƏT sədri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

Dünya | 14:10 • 13 May 2024
Paşinyan ATƏT sədri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqla görüşüb.

Xezerxeber.az-ın xəbərinə görə, görüşdə ATƏT-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Danışıqlarda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesi də nəzərdən keçirilib. Yan Borq bildirib ki, rəhbəri olduğu təşkilat üzv ölkələrin yerləşdiyi regionlarda dayanıqlı sülh və sabitlik istiqamətindəki səyləri dəstəkləyir və mandatı çərçivəsində onların təşviqinə sadiqdir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024