Xəzər Xəbər

1982-ci ildə Türkiyənin konsulunu qətlə yetirən Ambik Sasunyan İrəvanda SAXLANILDI

Dünya | 10:45 • 14 May 2024
1982-ci ildə Türkiyənin konsulunu qətlə yetirən Ambik Sasunyan İrəvanda

İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.

Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, A. Sasunyan naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.

Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.


Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024