Xəzər Xəbər

Blinkenin köməkçisi Gürcüstanın baş naziri ilə hansı məsələləri müzakirə edib?

Dünya | 15:25 • 14 May 2024
Blinkenin köməkçisi Gürcüstanın baş naziri ilə hansı məsələləri müzakirə edib?

Gürcüstan hökuməti Baş nazir İraki Kobaxidzenin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynla görüşünə dair məlumat yayıb.

Xezerxeber.az xəbər verir ki, bəyanatda tərəflər arasında görüşün uzun çəkdiyi, Gürcüstan-ABŞ əlaqələrinə, son illərdə Gürcüstanda yaranmış vəziyyətə dair səmimi müzakirə aparıldığı qeyd olunub. Bildirilib ki, tərəflər bu proseslərə dair narahatlıqlarını bölüşüblər.

Əlavə olunub ki, Kobaxidze Ceyms Obrayna "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə olan ehtiyacı izah edib və hökumətin veto prosedurları çərçivəsində bütün beynəlxalq tərəfdaşların qeydlərini diqqətlə nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Baş nazir Gürcüstan hökumətinin ABŞ ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu, bunun isə ikitərəfli səylər və ədalətli münasibət tələb etdiyini vurğulayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024