Xəzər Xəbər

Mirzoyan: Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına hazırıq

Dünya | 15:36 • 13 May 2024
Mirzoyan: Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına hazırıq

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək.

Xezerxeber.az-ın yerli mətbuata istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək”, - deyə Mirzoyan əlavə edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024