Xəzər Xəbər

Azərbaycandan Latviyaya ixrac 64 faiz artıb

İqtisadiyyat | 13:38 • 13 May 2024
Azərbaycandan Latviyaya ixrac 64 faiz artıb

Bugünədək Azərbaycan ilə Latviya arasında 45 sənəd, eləcə də bəyannamə imzalanıb, ikitərəfli hüquqi baza yaranıb. Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi ötən il 65 milyon dollar təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycandan Latviyaya ixrac 64 faiz artaraq 45 milyon dollar olub.

“Bu il isə ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyon dollar təşkil edib. Biz bununla qane ola bilmərik, bu istiqamətdə ciddi şəkildə çalışmalıyıq ki, göstəricilər artsın”, - deyə nazir müavini vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024