Xəzər Xəbər

Ağdamın kəndlərini su basdı FOTOLAR

Cəmiyyət | 14:37 • 14 May 2024
Ağdamın kəndlərini su basdı

Son günlər ölkə ərazisində havanın yağışlı keçməsi çaylarda sululuğun artmasına səbəb olub.

Ötən günlərdə Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti mənbəyini Kiçik Qafqaz dağlarından götürən Qarqarçaydan sel keçməsinə səbəb olub.

Qarqarçay çayında sel sularının artması nəticəsində Ağdam rayonun Hacıməmmədli, Əfətli kəndlərinin əkin sahələri və fərdi yaşayış evinin həyətləri sel suları altında qalıb.

Hazırda Ağdam Mexaniki Suvarma İdarəsinin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Sel sularının qarşısını almaq üçün tədbirlər görülür. (trend)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024