Xəzər Xəbər

Super bakteriyaların risk qrupunda olanlar açıqlandı

Maraqlı | 17:54 • 15 Yanvar 2018
Super bakteriyaların risk qrupunda olanlar açıqlandı

Super bakteriyalar insanlığın gələcəyi üçün çox təhlükəlidir. Bununla belə problem bu günə kimi demək olar ki, öyrənilməyib.

Britaniyanın Ekseter Universitetinin bir qrup alimi Environment International jurnalında bu orqanizmlərlə mübarizəyə həsr olunmuş məqalə dərc ediblər.

Super bakteriyalar – antibiotiklərə davamlı bakteriyalar qrupudur. Bu orqanizmlərin yaranması insan fəaliyyəti ilə, xüsusən də lazım oldu-olmadı antibiotiklərdən mütəmadi istifadə ilə bağlıdır. Bu səbəbdən bakteriyaların bəzi növlərində ona qarşı dözümlülük yaranıb. Hazırda isə onlar bu müqaviməti təkcə mutasiya sayəsindlə deyil, həmçinin bir bakteriyadan bakterial cəmiyytin digər üzvlərinə ötürülən müqavimət genləri vasitəsilə alırlar.

Alimlərin nəzəriyyəsi bundan ibarət olub ki, antibiotiklərin ətraf mühitə tullantısının əsas mənbəsi kənd təsərrüfatıdır. Əvvəlcə heyvanlar «təhlükəsiz yemlə» qidalandırılır, sonra antibiotiklər peyinlə birlikdə sahələrə düşür, ordan isə çirkab suları ilə sahil sularına qarışır.

Beləliklə, alimlərin ehttimalına görə, çimilən sular insanların belə bakteriyalarla birbaşa kontaktda olduğu əsas yerdir. Və onlar səhv etməyiblər, yaşayış məntəqələrinin, əkin sahəloərinin və sənaye müəssisələrinin yaxınlığında yerləşən sahilyanı açıq göllərdə çimənlər daha çox «məğlubedilməz» bakteriyalara yoluxurlar.

Risq qruppu siyahısına serfinqçilər başçılıq edir. Onların bağırsağında belə orqanizmlər adi dəniz həvəskarlarından 3 dəfə artıq tapılıb. Alimlərin fikrincə serfinqçilər üzərkən daha çox dəniz suyu udurlar. Həmçinin onların məşğuliyyət yeri sıx yaşayış məskəninin yaxınlığında olur.

Maraqlıdır ki, araşdırmanın bir qismi ictimaiyyət üçün qapalıdır. Müəlliflərin sözlərinə gjörə, bu bir sıra etik problemlərlə bağlıdır./faktxəbər

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024