Xəzər Xəbər

PSJ "Real"ın ulduzuna elə maaş təklif etdi ki...

İdman | 17:59 • 19 İyun 2022
PSJ "Real"ın ulduzuna elə maaş təklif etdi ki...

PSJ 2021-in noyabrından bu ilin martına qədər "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junioru heyətinə qatmaq üçün bütün mümkün variantlardan istifadə edib.

"Marca" xəbər verir ki, Paris təmsilçisinin nümayəndələri Vinisiusu "Real"la müqavilə yeniləməməyə səsləyib və ona Fransa klubuna keçəcəyi halda, mövsümlük 40 milyon avro əməkhaqqı, üstəlik, böyük məbləğdə bonus ödəməyə hazır olduqlarını çatdırıblar.

 

Daha öncə Vinisiusun Madrid nəhəngi ilə yeni sözləşmə imzalamağa hazırlaşdığı barədə informasiyalar yayılıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir./fanat.az

Xəbər lenti