Xəzər Xəbər

Ölkədə aliment fondunun yaradılması niyə yubanır? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:25 • 9 May 2024
Ölkədə aliment fondunun yaradılması niyə yubanır? – ARAŞDIRMA

Aliment  borcunu ödəməyən 11 217 nəfər axtarışa verilib.

Xezerxeber.az xəbər verir ki, bununla yanaşı aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib. Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə nəticəsiz qalıb.

Rəsmi statistikaya görə, ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin sayı  2022-ci illə müqayisədə 2 dəfədən çox artıb.

Bu faktın özü belə  Aliment Fondunun yaradılması məsələsini  yenidən aktuallaşdırır.

Vəkillər  Kollegiyasının üzvü, hüquqşünas Babək Həmidov deyir ki, aliment ödəməkdən yayınan insanları məcburi işə cəlb etmək lazımdır və onların aldıqları əmək haqqı fonda yönəlməlidir.

Dünya praktikasında isə bir sıra ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə rəsmi qurumlar öhdəliyi öz üzərinə götürür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti