Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO

Veb TV | 20:50 • 9 May 2024
İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi?

Bu ilin ilk aylarında ölkədə yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.

Xezerxeber.az xəbər verir ki, ölkədə mal ətinin daxili istehsal hesabına təmin edilməməsi məsələsini aktuallaşdırır. Ötən il 2022-ci illə müqayisədə 72,5 fazi çox ət idxal edilib. Başqa sözlə, ölkəyə 39 min tondan çox ət gətirilib. Hazırda ölkədə ətə olan tələbatın təxminən 70 faizə yaxını daxili istəhsal hesabına ödənilir.

Kənd təsərrüfatı sahəsi üzrə ekspertlər bildirir ki, ölkə daxili istehsal hesabına quş əti tələbatını tam ödəmək gücündədir. Ancaq mal əti tələbatını daxili istehsal qarşılaya bilmir və hər il tonlarla dondurulmuş ət Belarus, Ukrayna, Rusiya, Braziliya, Hindistan və digər ölkələrdən gətirilir.

Kənd təsərrüfatı sektoru üzrə ekspert Tərlan Həsənli deyir ki, Qarabağın işğaldan azad olunması heyvandarlığın inkişafı üçün münbit şərait yaradıb. Fermerlərə Qarabağ zonasında heyvandarlıq komplekslərinin qurulması üçün çox geniş imkanlar yaradılır.

Onun sözlərinə görə, bu fakt ət məsələsində idxaldan asılılğı azalda və daxili tələbətın böyük ölçüdə qarşılanmasına imkan yarada bilər.

İqtisadçı ekspert Altay İsmayılov isə  Laçın, Kəlbəcər və Qubadlıda böyük yaylaqlarını, otlaq sahələrini fermerlərin ixtiyarına verilməklə heyvandarlığı artırmaq olar. 

Ekspertlərin fikrincə, ərazilər minalardan təmizləndikcə və tədricən məskunlaşma getdikcə ölkədə ət istehsalı arta bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti