Xəzər Xəbər

"Bayer" 8 milyona aldığını 40 milyona satır

İdman | 19:01 • 19 İyun 2022
"Bayer" 8 milyona aldığını 40 milyona satır

"Bayer Levrkuzen"in və Ekvador millisinin müdafiəçisi Pyero İnkapye kareyrasını İngiltərədə davam etdirə bilər.

XəzərXəbər xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Mənbə İnkapye ilə "Tottenhem"in maraqlandığını bildirib. Xəbərə görə, bu transferin reallaşmasını Hotspur təmsilçisinin baş məşqçisi Antonio Konte şəxsən istəyir və bu barədə rəhbərliklə müzakirə aparıb.

"Bayer Leverkuzen"in futbolçunu 40 milyon avroya satmağı planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, ötən ilin avqustunda Argentinanın "Atletiko Talyeres" klubundan 8 milyon avroya transfer edilən İnkapye son mövsümdə Almaniya klubunun forması ilə 33 matça çıxıb. Bu qarşılaşmalarda 2 qol vuran müdafiəçi 1 məhsuldar ötürmə ilə yadda qalıb./Fanat.Az 

Xəbər lenti