Xəzər Xəbər

"Liverpul" Salahı göndərir - SƏBƏB

İdman | 17:28 • 19 İyun 2022
"Liverpul" Salahı göndərir - SƏBƏB

Bu gedişlə Məhəmməd Salah "Liverpul"u tərk edəcək. 

"Mirror" nəşri xəbər verir ki, danışıqlar zamanı tərəflər şərtlərlə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün misirli hücumçu klubun yeni müqavilə təklifini geri çevirib.

Mənbə İngiltərə nəhəngi ilə anlaşmasının müddəti gələn ilin yayında başa çatacaq Məhəmmədin iş yerini dəyişmək ehtimalının yüksək olduğunu açıqlayıb. "Qırmızılar"ın 2022/2023 mövsümü yekunlaşandan sonra 30 yaşlı ilə vidalaşmağı uyğun variant saydığı vurğulanıb. 

Qeyd edək ki, Salah ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 51 oyuna çıxaraq 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb./Fanat.Az 

Xəbər lenti