Xəzər Xəbər

Fransalı hücumçu İtaliya klubunun təklifini rədd etdi - "Fənərbağça"nı gözləyir

İdman | 20:13 • 29 İyul 2021
Fransalı hücumçu İtaliya klubunun təklifini rədd etdi - "Fənərbağça"nı gözləyir

Mbay Nyanq "Fənərbağça"nın hədəfində olan hücumçulardan biridir.

"Fanatik" xəbər verir ki, "Rennes"də çıxış edən 26 yaşlı forvard İtaliya klubu "Venetsiya"dan gələn təklifi geri çevirib. Fransalı futbolçu "Fənərbağça"nın rəsmi təklif göndərməsini gözləyir. 

Qeyd edək ki, "Fənərbağça"nın əsas diqqətini Vedat Muriqiyə yönəltməsi Nyanqın digər klublarla görüşlərə başlamasına səbəb ola bilər. Yanvarda icarə əsasında "Əl-Əhli" klubuna keçən Mbay Nyanq karyerası ərzində "Milan", "Torino", "Cenoa" kimi klublarda çıxış edib./Offsideplus.az

Xəbər lenti