Xəzər Xəbər

Arsen Venger baş məşqçiliyə qayıdır? - Rəhbərlik edəcəyi komanda bəlli oldu

İdman | 22:03 • 29 İyul 2021
Arsen Venger baş məşqçiliyə qayıdır? - Rəhbərlik edəcəyi komanda bəlli oldu

"Arsenal"da keçirdiyi 22 ildən sonra 2016-cı ildə karyerasını bitirən Arsen Venger məşqçiliyə qayıda bilər.

71 yaşlı mütəxəssisin adı İsveçrə millisi ilə hallanır. Bu barədə İsveçrə mətbuatı məlumat yayıb. AVRO-2020-nin 1/4 finalına qədər yüksələn komandanın çalışdırıcısı Vladimir Petkoviç Fransanın "Bordo" klubu ilə anlaşıb. İsveçrə Futbol Assosiasiyası isə millinin başına təcrübəli mütəxəssis gətirməyi düşünür. Belə ki, assosiasiya Qətərdə keçiriləcək Dünya çempionatında İsveçrənin layiqli mübarizə aparmasını istəyir.

Qeyd edək ki, hazırda UEFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri vəzifəsində çalışan Arsen Venger, 1996-2018-ci illərdə "Arsenal"ın baş məşqçisi olub./Offsideplus.az

Xəbər lenti