Xəzər Xəbər

"Fənərbağça" üçün 18 milyon avroluq hücumçu

İdman | 16:48 • 26 İyul 2021
"Fənərbağça" üçün 18 milyon avroluq hücumçu

Növbəti mövsümdə yeni baş məşqçisi Vitor Pereyra ilə uğurlu qrafik cızmağı planlaşdıran "Fənərbağça"nın transfer hədəfi məlum olub.

"Sarı-lacivərtlilər" istədiyi futbolçunu Portuqaliya "Benfika"sında tapıb. Belə ki, İstanbul təmsilçisi sözügedən komandanın hücumçusu Karlos Vinisiusu gündəminə alıb. Türkiyə mətbuatının yazdığına görə, "kanarya" 26 yaşlı braziliyalı forvard üçün qarşı tərəfə rəsmi təklif göndərib.

"Benfika" "sambaçı" üçün 18 milyon avro tələb edir.

Qeyd edək ki, Vinisius hazırda icarə əsasında "Tottenhem"də çıxış edir./Offsideplus.az 

Xəbər lenti