Xəzər Xəbər

“Barselona” ilə Neymarın məhkəmə prosesindən YENİ XƏBƏR

İdman | 17:48 • 26 İyul 2021
“Barselona” ilə Neymarın məhkəmə prosesindən YENİ XƏBƏR

“Barselona”nın sabiq futbolçusu Neymarla məhkəmə prosesi ləğv edilib.

Bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, tərəflər üç əmək “davası” və bir mülki məhkəmə əməliyyatından sonra barışıq imzalayıblar. Braziliyalı futbolçu 2017-ci ildə PSJ-yə transfer olunduqdan sonra La Liqa təmsilçisindən 30 milyon avroluq əmək haqqı pulu istəmişdisə, ispanlar da ondan təzminat tələb etmişdilər.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, PSJ-yə 222 milyon avro müqabilində keçib./Apasport.az

Xəbər lenti