Xəzər Xəbər

"Mançester Yunayted" "Real"dan 50 milyonluq transfer edir

İdman | 16:42 • 26 İyul 2021
"Mançester Yunayted" "Real"dan 50 milyonluq transfer edir

Rafael Varanın "Mançester Yunayted"lə müqavilə bağlaması an məsələsidir. 

"Real"la İngiltərə təmsilçisi arasında xeyli vaxtdır davam edən danışıqlar həlledici mərhələyə çatıb. Bu barədə tanınmış jurnalist Mohamed Buxafsi "tvitter" səhifəsində məlumat yayıb. Həmkarımız məlum transferə bu həftənin sonuna qədər nöqtə qoyulacağını yazıb.

Qeyd edək ki, keçid baş tutsa, "Mançester Yunayted" buna görə "Real"a 50 milyon avro ödəyəcək./Offsideplus.az

Xəbər lenti