Xəzər Xəbər

"Yuventus" qapıçısını 20 milyona satdı

İdman | 14:15 • 27 Fevral 2019
"Yuventus" qapıçısını 20 milyona satdı

"Yuventus" növbəti futbolçusunu satıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "qoca sinyora" "Sampdoriya"da icarə əsasında çıxış edən qapıçısı Emil Auderonu qarşı tərəfə birdəfəlik satıb. 22 yaşlı qolkiperin keçidi Turin klubuna 20 milyon avro qazandırıb.

Qeyd edək ki, İndoneziya əsilli italiyalı qapıçı "Yuventus"un yetirməsidir və o, ötən yaydan "Sampdoriya"da çıxış edir.


Xəbər lenti