Xəzər Xəbər

Yoxa çıxmış sualtı qayığın taleyinə aydınlıq gətirildi

Dünya | 13:47 • 25 Aprel 2021
Yoxa çıxmış sualtı qayığın taleyinə aydınlıq gətirildi

İndoneziya Prezidenti Coko Vidodo bir neçə gün öncə itmiş “KRI Nanggala 402” sualtı qayığının Bali dənizində batdığını, heyət üzvlərinin həlak olduğunu elan edib.

"Reuters" agentliyi xəbər yayıb ki, bu barədə prezident jurnalistlərə müsahibəsində bildirib.

Coko Vidodo, həmçinin ekipaj üzvlərinin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla rabitə əlaqəsi kəsilib. Hadisə zamanı sualtı qayığın göyərtəsində 53 nəfər olub.

Axtarış işlərinə İndoneziya Hərbi Dəniz Qüvvələrinin 18 gəmisi, polis orqanlarının və Milli Xilasetmə Xidmətinin 7 qayığı cəlb edilmişdi.

Xəbər lenti