Xəzər Xəbər

İsmayıllıda əlverişsiz hava səbəbindən doğuş təcili yardım maşınında gerçəkləşdi VİDEO

Veb TV | 20:45 • 15 May 2024
İsmayıllıda əlverişsiz hava səbəbindən doğuş təcili yardım maşınında gerçəkləşdi

İsmayıllıda doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.

Xezerxeber.az xəbər verir ki, rayonun Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı-əlverişsiz hava şəraiti səbəbindən avtomobil yolu keçilməz olduğuna görə Təcili Tibbi Yardım Stansiyasına çağırış veriblər.

Təcili Tibbi Yardım Briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək briqadaya təhvil verilib.

Xəstəxanaya çatdırılan ana və körpəni Ginekologiya və Doğum Şöbəsinin tibbi heyəti müayinə edib. Hazırda hər ikisi xəstəxanada həkim nəzarətindədir.

Həm körpə, həm də ananın vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024