Xəzər Xəbər

Sosial şəbəkədə qınaq obyektinə çevrilən sürücü ilə bağli DİN-dən AÇIQLAMA VİDEO

Veb TV | 21:00 • 15 May 2024
Sosial şəbəkədə qınaq obyektinə çevrilən sürücü ilə bağli DİN-dən AÇIQLAMA

Sürücü hərəkətin intensiv olduğu yolda atı maşının arxasına bağlayaraq aparır… Görüntülərin Bakı kəndlərindən birinə gedən yolda qeydə alındığı bildirilir…

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda heyvana əziyyət verən sürücü qınaq obyektinə çevrilib.

Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Arzu Babazadə deyir ki, qaydaları kobud şəkildə pozan sürücü bu əməli ilə digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir.

Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024