Xəzər Xəbər

Ermənistan prezidentinin administrasiyası Paşinyanın istefa məktubunu alıb

Dünya | 13:34 • 25 Aprel 2021
Ermənistan prezidentinin administrasiyası Paşinyanın istefa məktubunu alıb

Ermənistan prezidentinin administrasiyası Baş nazir Nikol Paşinyandan istefa məktubu alıb.

Bu barədə "RİA Novosti"yə prezidentin köməkçisi Hasmik Petrosyan məlumat verib.

Prezident Armen Sarkisyanın hökumət başçısının istefasını qəbul edibetməməsinə gəldikdə isə, Petrosyan "Müraciəti bu anda qəbul etdik" deyə cavab verib.

Qeyd edək ki, bu gün Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa etdiyini açıqlayıb. O, eyni zamanda seçkiyə kimi isə hökumət başçısı kimi fəaliyyət göstərməyə davam edəcəyini qeyd edib.

Xəbər lenti