Xəzər Xəbər

Avtobus sürücüsü əlil şəxsə pandusu bilərəkdən açmayıb? – Digər sürücü DANIŞDI VİDEO

Veb TV | 21:10 • 15 May 2024
Avtobus sürücüsü əlil şəxsə pandusu bilərəkdən açmayıb? – Digər sürücü DANIŞDI

Avtobuslarda sürücü ilə sərnişin arasında çox zaman müxtəlif səbəblərdən gərginlik yaşanır.

Xezerxeber.az xəbər verir ki, növbəti belə hadisə “Xaliq Faiqoğlu" şirkətinə aid olan 61 nömrəli avtobusda baş verib. Görüntlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb.

Həmin sürücünün iş yoldaşı "Xəzər Xəbər"ə hadisənin təfərrüatlarını danışıb.

Digər sürücülər isə hərbir halda sürücünün əlilliyi olan şəxslərə kömək etməli olduğunu dedilər.

Çəkiliş zamanı müşahidə apardığımız avtobusların demək olar hamısında panduslar rahat şəkildə açılıb-bağlanır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə verilən verilən məlumata görə sözügedən avtobus sürücüsü cəzalandırılıb.

Agentlik tərəfindən daşıyıcıya da xəbərdarlıq edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar